Yazını böyüt
Yazını kiçilt
“YAŞAT” Fondu müharibə əlili Sahib Qəhrəman oğlu Əhmədovun əməliyyat xərcini qarşılayıb.
Bu barədə hafta.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, S.Əhmədova “Bud çanaq oynağının total dəyişdirilməsi” əməliyyatı icra olunub. Əməliyyatın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan hissəsini “YAŞAT” Fondu qarşılayıb.